')

Bu gün:


FutbolPress.Az | Çempionlar Liqasının finalında Madrid derbisi olacaq  (YENİLƏNİB)

Çempionlar Liqasının finalında Madrid derbisi olacaq (YENİLƏNİB)


oxunma sayı: 149 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olub.
 
Yarımfinal mərhələsinin cavab oyununda  “Real” Madriddə “Mançester Siti”ni qəbul edib.
 
İngiltərədə keçirilən ilk matçda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi.

Görüşün taleyini bir qol həll edib. Fernandonun avtoqolu "Real"ı finala çıxarıb.
 
"Real" həlledici görüşdə mayın 28-də Madrid şəhərinin digər təmsilçisi “Atletiko" ilə qarşılaşacaq. Bu komandalar iki il əvvəl də ÇL-nin finalında qarşılaşmışdı. Həmin vaxt "kral klubu" kuboku muzeyinə aparmışdı.
 
Çempionlar Liqası 1/2 final mərhələsi Cavab oyunları
4 may (çərşənbə)

 
22:45. “Real Madrid" (İspaniya) – “Mançester Siti” (İngiltərə) 1:0
Qol: 
Fernando, 20 (ö.q)
İlk oyun – 0:0
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul
Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Madrid. “Santyaqo Bernabeu”


"Real Madrid": Navas, Pepe, Ramos (k), Kroos,  Beyl, Marselo, Karvaxal , Ronaldo, Xese, Modriç, İsko
Ehtiyat oyunçular: Kasilya, Varan, Xames Rodriqes, Kovaçiç, Lukas Vaskes, Mayoral, Danilo
 
"Mançester Siti": Co Hart, Sanya, Kompani (k), Fernando, Aquero, Xesus Navas, De Bruyne,  Klişi, Fernandinyo, Otamendi, Ture
Ehtiyat oyunçular: Kaballero, Sterlinq, Kolarov, Delf, Boni, Manqala, İheanaço



oxunma sayı: 149 | Paylaş:




?>