')

Bu gün:


FutbolPress.Az | U-17 AÇ: Azərbaycanın ilk matçı polyak hakimə tapşırıldı

U-17 AÇ: Azərbaycanın ilk matçı polyak hakimə tapşırıldı


oxunma sayı: 381 Paylaş:

FutbolPress17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsində ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatlar açıqlanıb.
 
Həmin gün reallaşacaq Azərbaycan - Portuqaliya görüşünü polşalı baş hakimi Bartoş Frankovski idarə edəcək.
 
Mayın 5-də azərbaycanlı hakimlər də iş başında olacaqlar. FIFA referilərimizdən Əliyar Ağayev Ukrayna - Almaniya, Orxan Məmmədov isə Belçika - Şotlandiya görüşündə dördüncü hakim olacaq. Ağayevin işinə matçın hakim-inspektoru Asim Xudiyev qiymət verəcək.
 
I tur
B qrupu

14:00. Avstriya - Bosniya və Herseqovina
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı Olimpiya Stadionu
 
17:00. Ukrayna - Almaniya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycann)
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
8-ci km qəsəbə stadionu
 
A qrupu
 
19:00. Belçika - Şotlandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Lüdovik Mikallef (Malta)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
8-ci km qəsəbə stadionu
 
20:00. Azərbaycan - Portuqaliya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
UEFA nümayəndəsi: Rudolf Zavri (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
Bakı Olimpiya Stadionu
 


oxunma sayı: 381 | Paylaş:




?>