')

Bu gün:


FutbolPress.Az | Azərbaycan kubokunda finalçılar bəlli oldu  (YENİLƏNİB)

Azərbaycan kubokunda finalçılar bəlli oldu (YENİLƏNİB)


oxunma sayı: 206 Paylaş:

FutbolPressBu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
 
Günün ilk matçı Qəbələdə reallaşıb. Şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edib. Tərəflər arasındakı ilk matçda 1:1 hesabı qeydə alınmışdı. Bu görüşdə də komandalar hərəyə bir qolla kifayətlənib. Əlavə vaxtada da hesab dəyişməyincə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Zərbələri daha dəqiq yerinə yetirən "Neftçi" ardıcıl beşinci dəfə ölkə kubokunun finalına çıxıb.
 
Günün ikinci oyununda "Qarabağ" Masazırda "İnter"ı sınağa çəkib. Cari mövsümdə ölkə çempionluğunu rəsmiləşdirən "atlılar" yarımfinalın ilk matçında "bankirlər"i darmadağın etmişdi - 4:0. Bugünkü qarşılaşmada da minimal hesablı qələbə qazanan "Qarabağ" finala vəsiqə qazanıb.


Bununla da ötən mövsüm olduğu kimi cari mövsümün sonunda da “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək finala tamaşa edəcəyik. Azərbaycan Kuboku uğrunda həlledici oyun 25 mayda reallaşacaq. 
 
Azərbaycan kuboku 1/2 final cavab oyunları
4 may (çərşənbə)


“Qəbələ” – “Neftçi” 1:1 pen. 3:4
Qollar:
Ermin Zets, 76 - Ruslan Qurbanov, 59
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu, 16:00 (canlı, CBC Sport)

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 32. Rəşad Eyyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 8. Məhəmməd Mirzəbəyov, 7. Ermin Zets, 87. Ruslan Abışov, 25. Qismət Alıyev
Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Jairo Filyo Rodriges, 6. Aylton Silva, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə
Baş məşqçi: Vəli Qasımov


“Qarabağ” – “İnter” 1:0
Qol:
Migel Madera, 23
İstifadə edilməyən penalti: Vüqar Nadirov, 66 (qapıçı)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Əlincə Arena", 19:00 (canlı, CBC Sport)

“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Eltun Yaqublu, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
 
“İnter”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 4. Laşa Kasradze, 6. Laşa Salukvadze, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 33. Aqşin Quluzadə, 77. Mirsahib Abbasov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Denis Silva, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 30. Abbas Hüseynov, 39. Elnur Süleymanov
Baş məşqçi: Zaur Svanadze

 
 


oxunma sayı: 206 | Paylaş:




?>