')

Bu gün:


FutbolPress.Az | Təbrizlilər formal matçda məğlub oldu (VİDEO)

Təbrizlilər formal matçda məğlub oldu (VİDEO)


oxunma sayı: 96 Paylaş:

FutbolPressAsiya Çempionlar Liqasında C qrupunun matçları başa çatıb.
 
Təbrizin "Traktorsazi" klubu qrupdakı son oyununda Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə qarşılaşıb. Daha öncə bu iki ölkə arasında yaranmış gərginliyə görə "al qurdlar" Səudiyyə Ərəbistanı təmsilçisini doğma şəhərdə yox, Omanın paytaxtı Masqatda qəbul edib.
 
"Traktorsazi" bu qarşılaşmayadək qrup liderliyini təmin etdiyindən bu oyun onlar üçün formal xarakter daşıyırdı. Tərəflər arasında iki həftə əvvəl keçirilmiş matçda təbrizlilər 2:0 üstün olmuşdu. Masqatda keçirilən görüşdə isə ərəblər qələbə qazanıb - 2:1.
 
Məğlubiyyətə baxmayaraq cənubi azərbaycanlılar qrup mərhələsini lider kimi tamamlayıb. "Əl Hilal"isə qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.
 
Asiya Çempionlar Liqası  C qrupu
3 may (çərşənbə axşamı)

 
"Traktorsazi" - "Əl Hilal" 1:2
Qollar: 
Aloys Nonq, 48 - Salem Aldaussari, 15, Aylton 72



oxunma sayı: 96 | Paylaş:




?>