')

Bu gün:


FutbolPress.Az | Coşan o hakim (KİÇİK QEYD)

Coşan o hakim (KİÇİK QEYD)


oxunma sayı: 512 Paylaş:

FutbolPressBuyaxınlarda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun “FutbolPress”ə verdiyi müsahibə rezonansa səbəb oldu. Açıq söhbətə dəvətimizi qəbul eləməklə cəsarət nümayiş etdirən komitə sədrinə suallarımızdan biri belə olmuşdu: "Sizin istefa verməli olduğunuzu ən çox Tahir Süleymanovla Babək Quliyev deyir..." (Suala cavabı  bu linkdə oxuya bilərsiz)

Bu sual deyəsən adıçəkilənlərdən birini bərk narahat edib. Çoşub, aşıb, daşıb, alışıb... Sosial şəbəkələrdə bostanından tərəfimizə daş atmağa cəhd eləyib. 

Onun mövzuya həsr elədiyi geniş statusu elektron poçtumuza göndərən "FutbolPress" oxucuları narahatlıqlarını bildirirlər. Oxucuların arasında müxtəlif peşə, intellekt sahibləri eyni fikir bildirirlər: həmin eks-hakim niyə belə aşağılama cəhdində reaksiya verib? 

Açığı, biz də oxucularımız kimi, bu reaksiyanı anlaşılmazlıqla qarşıladıq. Ümumiyyətlə, bu nəfərin anlaşmaz rəftarı bizə daha əvvəldən məlum olmuşdu. Az sonra buna qayıdarıq. Hələliksə bir həqiqəti deyək. Onun bizim sualı dərk eləməmə ehtimalını gözə alırıq. Böyük ehtimal ki, belədir. Bununçün gərək müsahibəni bir az oxuculuq səviyyəsini artırıb, sonra oxuyardı. 

O sualda bunu demək istəmişik ki,  istefanızı çox nəfər istəyir, ancaq aralarında ən məşhurları bu ikisidir. Bu, demək olar, bütün oxucularımıza çatıb, ancaq həmin hakimə yox. Və coşub...

İdman mediasının 99 faizinin ona veto qoyduğu vaxtları xatırlasa, hakimlikdən qeyri-müəyyən müddətə qovulduğu ərəfədə ona iki tribuna verən saytdan biri və birincisi "FutbolPress" olduğunu xatırlasa, nəhayət, bu dəfə coşmasına görə bir az usanar, dayanar...  Əla da xatırlayır.

"Xəzər Lənkəran"a gedişindən sonra özünü aparması, bizə qarşı reaksiyasından sonra ona bu tribunanın qadağan edildiyini bilir. Bizə qarşı peşəkar jurnalist səviyyəsində münasibət göstərmək vacib idi... Biz redaksiya olaraq, artıq o cür qeyri-ciddi iddialara tribuna verib, süni hay-küyə səbəb olmaq fikrindən uzağıq. 

Ancaq arada yazılarımızda adını qeyd eləməyimiz, hakimliklə bağlı mövzularda onu xatırlatmağımız isə sadəcə peşə borcumuzdur, ədalətli olmağımızın qarşımızda qoyduğu tələbdir. 

Kluba işə düzələndən sonra mahiyətini ünvanımıza yazdığı bir statusda ortaya qoyan həmin şəxs sonradan həmin klubdan da göndərildi. Sonra mətbuat konfransı keçirib, AFFA-nı, Ramin Musayevi, Xaqani Məmmədovu və s. nəfərləri atəşə tutacağını bəyan eləsə də, konfransına heç bir əlin barmaqları qədər gedən olmadı. Bilirsizmi niyə?

Çünki əvvəl də eləydi. Onu hakimlikdən qovanlar ona tribuna verilməməsi üçün də mediaya təsirini işə salmışdı və həmin eks-hakim çarəsiz durumda qalmışdı. O cür təsirlər yalnız "FutbolPress"ə qarşı işləmir və həmin gərgin ərəfələrdə ona tribuna verәn yalnız biz idik. Onu aktual şəxsə çevirmişdik. TV ulduz oldu...

Uzatmayaq, mahiyəti gizlətsən də, xislət özünü büruzə verir - belə bir məsəl var. Böyüklüyü bacarmaq doğrudan da çətin imiş...

Zaman ədalətin təntənəsi üçün ən böyük vasitədir. "FutbolPress" çox həqiqətləri əvvəldən xəbər verib, yazdıqları sonradan təsdiqini tapıb və bu redaksiya 7 ildən çoxdur ki, davam edən fəaliyyətini məhz ədalətli prinsiplərinə borcludur. Bu redaksiyaya öz bostanından daş atanlar bir az "sizif əməyi" ilə məşğul olduğunu anlamalıdır.

Zaman hər şeyi göstərirdi, göstərir və göstərəcək...

Elçin


oxunma sayı: 512 | Paylaş:




?>