')

Bu gün:


FutbolPress.Az | TFF-dən "Trabzonspor"a ağır cəza

TFF-dən "Trabzonspor"a ağır cəza


oxunma sayı: 104 Paylaş:

FutbolPressTürkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 30-cu turunun "Trabzonspor" - "Fənərbaxça" matçı ilə bağlı qərar verib.
 
88-ci dəqiqədə qonaqlar 4:0 hesabıyla öndə olduğu zaman yerli azarkeşlərin meydana axışmasına görə yarımçıq dayandırılan oyunla bağlı meydan sahiblərinə ağır cəza verilib. İntizam Komitəsinin verdiyi cəzaya görə, "Trabzonspor" 4 ev oyununu azarkeşsiz keçirməli olacaq. Bundan əlavə, Qaradəniz təmsilçisi 750 min türk lirəsi məbləğində cəzalandırılıb.
 
Federasiya bir müddət öncə verdiyi qərarla oyun yarımçıq dayandırılan anda olan hesabı (0:4) qüvvədə saxlamışdı.
 
 


oxunma sayı: 104 | Paylaş:




?>