')

Bu gün:


FutbolPress.Az | UEFA-nın 55-ci üzvü

UEFA-nın 55-ci üzvü


oxunma sayı: 114 Paylaş:

FutbolPressBu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın 40-cı konqresinin keçirildiyini xəbər vermişdik.
 
Konqresdə quruma üzv olan bütün milli assosiasiyalar iştirak edib. Tədbirin əsas müzakirə mövzusu Kosovanın UEFA-ya üzvlük məsələsi olub. Fikir mübadiləsindən sonra məsələ gizli səsverməyə çıxarılıb. 28 ölkə lehinə, 24-ü əleyhinə səs verib, 2 ölkənin səsi isə etibarsız hesab edilib. Beləliklə, Kosova səsçoxluğu ilə UEFA-ya daxil olub. Sözügedən ölkə Avropanın ali futbol qurumunun 55-ci üzvü olub.
 
Budapeştdəki toplantıda AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.
 


oxunma sayı: 114 | Paylaş:




?>