"Qəbələ" "Neftçi" ilə matça hazırlaşır
Paylaş:
Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” ilə ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “Qəbələ” ötən gün də hazırlığını davam etdirib.
Günün ilk yarısında bir araya gələn “qırmızı-qaralar” iki qrupda hazırlıq keçib. Çempionat oyununda meydana çıxanlar bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalarla növbəti matça hazırlaşıblar.
“Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığında yalnız Dodo və Sergey Zenyov komanda ilə çalışmayıb. Hər iki legioner fərdi hazırlıq keçib.
Roman Qriqorçukun kollektivi mayın 4-də baş tutacaq matçın hazırlığını bu gün yekunlaşdırıb. Komanda günün ilk yarısında oyunöncəsi son məşqini gerçəkləşdirib.
Mayın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.
| Paylaş: