')

Bu gün:


FutbolPress.Az | Çimkənddə qazanılan iki medal

Çimkənddə qazanılan iki medal


oxunma sayı: 158 Paylaş:

FutbolPressQazaxıstanın Çimkənd şəhərində akademik Saparbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan pəhləvanları ilə yanaşı, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Tacikistan güləşçilərinin də iştirak etdiyi yarış 2 gün davam edib.
 
Turnirdə böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandamızın 2 üzvü iştirak edib.
 
64 pəhləvanın yarışdığı 59 kq çəkidə mübarizə aparan Sakit Quliyev bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. 120 kq çəkidəki təmsilçimiz Mehdi Kərimi isə gümüş medalla kifayətlənib. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz zədələndiyindən son görüşə çıxa bilməyib.
 
Beləliklə, güləşçilərimiz turnirdə 1 qızıl və 1 gümüş medal qazanıb.


oxunma sayı: 158 | Paylaş:




?>