')

Bu gün:


FutbolPress.Az | Namiq Ələsgərov : "Bunun ardını gətirmək lazımdır”

Namiq Ələsgərov: "Bunun ardını gətirmək lazımdır”


oxunma sayı: 124 Paylaş:

FutbolPress“Matçın çətin keçəcəyini gözləyirdik. Amma oyun gözlədiyimizdən daha çətin alındı. Rəqib bizə müqavimət göstərdi, yekunda qələbə qazanan tərəf isə biz olduq”. Bu sözləri “Kəpəz”in futbolçusu Namiq Ələsgərov deyib.

Futbolçu klub saytına Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində komandasının “Rəvan” üzərində 3:2 hesablı qələbəsini şərh edərkən belə deyib. Ələsgərov hesaba baxmayaraq qələbə qazandıqlarına görə sevindiklərini də söyləyib: “Qələbə qazandığımız üçün şadıq. Növbəti üç xal turnir cədvəlindəki yerimizi yaxşılaşdırmağa imkan verdi. Bunun ardını gətirmək lazımdır”.
 
Gənc yarımmüdafiəçi bir müddət zədəli olduğundan “sarı-göylər”ə kömək edə bilməyib. Zədə səbəbindən iki turu buraxan millinin üzvü “Rəvan” ilə oyunda sıraya dönüb və qayıdışı da möhtəşəm alınıb. İlk qolun ötürməsini verən futbolçu daha sonra rəqibin avtoqoluna səbəb olub, eyni zamanda 11 metrlik cərimə zərbəsi qazanıb:

“Zədəyə görə iki oyunda meydana çıxa bilmədim. Dönüşümün belə alınması, vurulan qollarda əməyimin olması məni sevindirir. Fiziki cəhətdən tam hazır deyildim, bununla belə oynamaq istəyi çox idi”.


oxunma sayı: 124 | Paylaş:




?>