')

Bu gün:


FutbolPress.Az | Çempionlar Liqasında ilk finalçı məlum oldu  (YENİLƏNİB)

Çempionlar Liqasında ilk finalçı məlum oldu (YENİLƏNİB)


oxunma sayı: 300 Paylaş:

FutbolPressBu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunlarına start verildi.
 
Mərhələnin ilk cavab matçında "Atletiko" səfərdə "Bavariya" ilə qarşılaşdı. Bu komandaların Madriddə keçirilmiş ilk oyununda "hindular" minimal hesabla qalib gəlmişdilər. Münhendə keçirilən oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanmasına baxmayaraq finala adlaya bilmədi. Dieqo Simeonenin komandası səfərdə vurduğu qol hesabına həlledici görüşə vəsiqə qazandı.
 
Çempionlar Liqası 1/2 final mərhələsi Cavab oyunları
3 may (çərşənbə axşamı)

 
“Bavariya” (Almaniya) – “Atletiko Madrid” (İspaniya) 2:1
Qollar:
Xabi Alonso, 31, Levandovski, 74 - Qrizmann, 54
İlk oyun - 0:1
Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok
Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)
Münhen. “Alyanz Arena” 22:45

“Bavariya”: Noyer, Xavi Martinez, Riberi,  Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller
Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix
 
“Atletiko Madrid”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k),  Saul Niqes, Xuanfran, Ximenes
Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto
 


oxunma sayı: 300 | Paylaş:




?>