')

Bu gün:


FutbolPress.Az | Cüdoçularımız üçün uğurlu reytinq

Cüdoçularımız üçün uğurlu reytinq


oxunma sayı: 131 Paylaş:

FutbolPressBeynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Avropa çempionatının yekununa əsasən tərtib olunan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.
 
Avropa çempionu adını qazanan Rüstəm Orucov (73 kq) öz çəkisində yenə birincidir. Elmar Qasımov Rusiyanın Kazan şəhərində keçirilən yarışda mükafat qazanmasa da, liderliyini kiməsə güzəştə getməyib. Onunla birgə 100 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Elxan Məmmədov isə 21-cidir.
 
Avropa çempionatında gümüş medalla kifayətlənən Orxan Səfərov (60 kq) da mövqeyini yaxşılaşdırıb. O, hazırda 4-cüdür.
 
Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 10-cu, Tərlan Kərimov (66 kq) 42-ci, Abdulhaqq Rəsullu (81 kq) 60-cı, Məmmədəli Mehdiyev (90 kq) 28-ci, Uşanqi Kokauri (+100 kq) 31-ci və Aişə Qurbanlı (48 kq) 45-ci yerdə qərarlaşıb.
 
Bu isə o deməkdi ki, kişilərdən ibarət yığmamızın Rioya tam heyətlə yollanması üçün Rəsullu qarşıdakı turnirlərdə maksimum xal toplamalıdı. Digər çəkilərdə isə lisenziyalarımızın rəsmiləşməsi qalıb. Yəni bəzi cüdoçularımız öz ölkələrinin ən yaxşıları olmayanları nəzərə alsaq, “22-lik”də yerlərini təmin ediblər.
 
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir. // apasport.az


oxunma sayı: 131 | Paylaş:




?>