AFFA-dan "Bakı" və "Energetik"ə ağır cəza
Paylaş:
AFFA-nın bu gün keçirilən iclasında əvəzedicilərin çempionatı və I divizionun matçları barədə də qərarlar qəbul olunub:
Əvəzedici heyətlərin XXXII turunun “İnter” – “Sumqayıt” matçında meydan sahiblərinin futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.
I Divizionun XXIV turunun “Bakılı” – “Şahdağ” matçının qonaqların oyunçusu Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
I Divizionun XXIV turunun “Energetik” – “Bakı” matçında Mingəçevir komandasının futbolçusu Etibar Alıyev və “zolaqlılar”ın üzvü Müşfiq İlyasov rəqibi təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanıb, klublar 200 manat cərimə olunub.
Həmin matçın 45-ci dəqiqəsində “Energetik”in qapıçısı Zamir Cəlilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
| Paylaş: