')

Bu gün:


FutbolPress.Az | "Börnli" birillik fasilədən sonra İPL-də (VİDEO)

"Börnli" birillik fasilədən sonra İPL-də (VİDEO)


oxunma sayı: 222 Paylaş:

FutbolPress"Börnli" birillik aradan sonra yenidən İngiltərə Premyer Liqasında çıxış edəcək. "Xoruzlar" buna Çempionşipin sonuna bir tur qalmış nail olublar.
 
45-ci turda evdə "Kuinz Park Reyncers"i Voakesin qolu ilə 1:0 məğlub edən Şon Diçin komandası xalını 90-a çatdırıb.
 
Bu nəticədən sonra lider "Börnli" Premyer Liqaya birbaşa vəsiqə verən ilk iki pillədən birini tutmağı qarantiyalayıb.
 
Sözügedən kollektiv ötən mövsüm PL-də 33 xalla 19-cu pilləni tutaraq elitanı tərk etmişdi.
 
Birbaşa Premyer Liqaya yollanacaq ikinci komandanın adına isə "Middlsbro" - "Brayton" matçında aydınlıq gələcək. 88 xala malik olan və ikinci, üçüncü pillələrdə qərarlaşan tərəflər gələn həftə qarşılaşacaq.
 
Premyer Liqaya son bilet isə Çempionşipi 3-6 sıralarda tamamlayan komandaların pley-off matçlarından sonra sahibini tapacaq.   
 
 
 
 
 


oxunma sayı: 222 | Paylaş:




?>