Nazarov meydandan çıxdı, komandası uddu (VİDEO)
Paylaş:
Almaniya II Bundesliqasında 32-ci tura yekun vurulub.
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" evdə "Sandhauzen"lə qarşılaşıb.
Nazarovun start heyətində meydana çıxdığı və 58-ci dəqiqədə əvəzləndiyi matç "Karlsrue"nin 3:0 hesablı qələbəsiylə nəticələnib. Oyundakı hər 3 qol Dmitri əvəzlənəndən sonra vurulub.
Hazırda aktivində 46 xal olan "Karlsrue" 7-ci pillədə qərarlaşıb.
Almaniya II Bundesliqası XXXII tur
2 may (bazar ertəsi)
"Karlsrue" - "Sandhauzen" 3:0
Qollar: Diamantakos, 68, 88, Proemel, 84
All Goals HD - Karlsruher 3-0 Sandhausen - 02... by AlleTore
| Paylaş: