')

Bu gün:


FutbolPress.Az | Tahir Süleymanovdan Xaqani Məmmədova sərt cavab: Tüpürüm sədrliyinə

Tahir Süleymanovdan Xaqani Məmmədova sərt cavab: Tüpürüm sədrliyinə


oxunma sayı: 1325 Paylaş:

FutbolPress
Bu gün Xaqani Məmmədovun "FutbolPress"ə müsahibəsi rezonansa səbəb oldu. Hakimlər Komitəsinin sədri gözlənilmədən Tahir Süleymanov haqda sərt açıqlamalar elədi.
Müsahibə saytda yerləşdiriləndən çox keçmədi ki, Süleymanov Məmmədova cavab vermək istədiyini bildirdi. Buyurun, Süleymanovun Məmmədova reaksiyası belə oldu:




Xaqani Məmmədov, sən çaşdın. Şərait yaratdın ki, sənə sənin səviyyəndə cavab verilsin. Nə vaxtdan özünü söz sahibi hesab edirsən?

Tüpürüm o sədrliyə. Yadından çıxıb, bir il əvvəl AFFA-da söhbət dolaşanda ki, “Tahir Süleymanov komitəyə gəlir” - özünə yer tapmırdın. Dəfələrlə bildirmişəm, bir daha deyirəm, heç vaxt komitəyə gəlmək düşüncəm olmayıb və olmayacaq da. O komitəyə sənin kimi “marianetlər” lazımdır.

Havadarların bilsin, sən çox böyük qələt elədin. Yadından çıxıbsa, yadına salım, "Neftçi"nin bazasında  yalvarmışdın  ki, Rövnəq Abdullayevlə görüşməyinə şərait yaradılsın. Guya  Ramin Musayev sənə imkan vermir çalışmağa. Qoy havadarların da bilsin, ağzından vurulub, AFFA-ya geri qaytarılmısan.

Yoxsa “Neftçi”də çalışdığım dönəmdə hakim haqsızlığına görə federasiyaya gəlib, epizodları sübut eləyib, gözünə soxduğumuz yadından çıxıb?!
Azərbaycanın ilk  FIFA referisi adını (sən də daxil) sənin nəslin-kökün mənə verməyib. Mən normativ verməmişəm? 1995-ci ildə Hollandiyada sən mənim yerimə normativ vermisən? Normativ verməyən bir şəxs olub orda,  o da məşhur Kollina. Yaddaşın çaşıb yoxsa?!

Azərbaycanda normativ verməmişəm. Sən axı bilirsən bunu. Çünki sənin kimi yaltaqlıq hesabına hakimlik edə-edə qeyri-qanuni  sədri vecimə almamışam. Normativ verməmişəm və çıxıb hakimlik etmişəm. Bu necə ola bilərdi. Özünü niyə tutdurub biabır edirsən, ay bədbəxt?!
Tahir Süleymanovun Azərbaycan futboluna verdiyi xeyirin 1 % -ni verməmisən. Verə də bilməzsən.

Dəfələrlə "Futbol saatı" na dəvət olunmusan, qorxundan gəlməmisən debata. Belə cəsarətlisən, gəl, qələtini ekran qarşısında qabağımda elə. Sən kimsən ki, ölkənin ən populyar futbol proqramlarından birini ittiham edəsən? Tahir Süleymanov "Neftçi" ilə  Avropa Liqasının qrup oyunlarında hakimlərə qaydaları izah edib komandanı müdafiə edirdi, yoxsa qələtini edən Xaqani Məmmədov?  Hakimlər Komitəsinin sədri kimi bütün beynəlxalq qaydaları pozub, "Qarabağ"a qarşı olunan haqsızlığa görə mətbuat konfransına çıxıb, hakimi qərəzçilikdə ittiham etməyin yadından çıxıb? Sən qayda öyrədəcəksən mənə?

Nə oldu, açıq qapı elan edirsən; hansı FIFA , UEFA qaydalarında yazılıb hakimlərin oyununu millət qarşısında müzakirə etmək? Qələt edə-edə psixologiyadan dəm vurursan. Quyruğun qapı arxasında qalıb, ona görə.

Qələt edib, çox pis çaşdın. Yuxunuz ərşə çəkilir Tahir Süleymanovun adı gələndə. Sənin hakimlik, sədrlik səviyyənə  bələd idim. Amma bu qədər qələt edib, çaşmağını bilməzdim.

Sonda bütün oxuculardan bu tərz cavaba görə üzrxahlığımı bildirirəm. Hərəyə dərk etdiyi səviyyədə cavab vermək lazımdır.
Bir daha xalqımıza bəyan edirəm: heç vaxt komitə iddiasında olmamışam və sona qədər bu fikirdə qalacam. Bu, kölgəsindən qorxan, xəstə təxəyyüllu insanların məhsuludur. Bu gün Hakimlər Komitəsi sədrliyi Xaqani Məmmədov kimi  qələt sahibi olan yaltaqlara yaraşır. Bütün dövrlərdə səninkimilərə ehtiyac olub – istifadə eləməkçün.

Elçin Cəlilov


oxunma sayı: 1325 | Paylaş:




?>