')

Bu gün:


FutbolPress.Az | Cəzalar və çıxılmaz vəziyyət (QEYD)

Cəzalar və çıxılmaz vəziyyət (QEYD)


oxunma sayı: 537 Paylaş:

FutbolPressTopaz Premyer Liqasında idarəçilik eləyən hakimlərdən üçü cəzalıdır. Onlardan ikisi FIFA dərəcəli hakimdir - Əliyar Ağayev və Orxan Məmmədov.

Məmmədov  mövsümün ilk yarısında - son turun "Sumqayıt" - "Rəvan" görüşündən bu yana təyinat almır. Komitə sədri Xaqani Məmmədov açıqlamışdı ki, ona verilən cəza qeyri-müəyyən müddətədir. Bu əlahəzrət qeyri-müəyyən müddət anlayışına aydınlıq gətirilməsinə lap çoxdan ehtiyac var...

Əliyar Ağayevlə cəzalı digər referi Fariz Yusifov isə müvafiq olaraq, son dəfə XIX turun "Neftçi" - "Sumqayıt" və "Kəpəz" - "Qəbələ" matçlarını idarə edib. 

Ölkənin ən perspektivli hakimi sayılan Ağayevin 3 turluq cəzalandırıldığı məlumdur.


Bu cəzalar səbəbindən TPL-də hakim təyinatı üçün defisit hiss edilir.   Hakimlər Komitəsi ardıcıl ikinci turdur ki, eyni referilərə təyinat verir.

Cəzasız olan yeganə FIFA referisi  Rəhim Həsənov "Neftçi" - "Xəzər Lənkəran" matçını  idarə edəcək. Həsənov son turda "İnter" - "Qəbələ" matçına təyinat almışdı. Bunu nəzərə alsaq, onun psixoloji, fiziki və digər komponentlərdə yorğunluğu keyfiyyətli idarəçiliyə təsirsiz ötüşməyəcək.

"Kəpəz" - "Qarabağ" qarşılaşmasını  təyinat alan  Ömər Paşayev ötən  həftə "Sumqayıt" - "Zirə" maçtının baş hakimi idi.  XX tur  "Neftçi" - "Rəvan" oyununun baş hakimi olan Elvin Əsgərov da bu dəfə AZAL - "İnter" matçını idarə edəcək. XX turda "Qarabağ" - "Xəzər Lənkəran" oyununda meydana çıxan İnqilab Məmmədov "Zirə"nin "Rəvan"la ev oyununda ədalətçün məsuliyyət daşıyacaq. Rəvan Həmzəzadə isə ötən tur "Kəpəz" - AZAL  qarşılaşmasına təyinat almışdı, bu dəfə isə  "Qəbələ" - "Sumqayıt" matçında olacaq. 

Gördüyünüz kimi, ardıcıl iki tur eyni hakimlərə  təyinatlar var və bu amil onların performansına mütləq təsir göstərəcək.

Belədə sual yaranır: HK-nın hakim sıraları niyə bu qədər qısadır və illərlə davam edən bu tendensiyada irəliləyişin olmamasına səbəb nədir?

Elçin Cəlilov


oxunma sayı: 537 | Paylaş:




?>