EKSKLÜZİV! SOCAR-dan "Neftçi"yə yox deyilib
Paylaş:
Emil Mpenzanın FIFA-ya şikayəti əsasında "Neftçi"yə verilən 1 milyon dollarlıq təzminat cəzası yerinə yetirilməmiş qalıb. Buna görə kluba verilmiş müddət başa çatsa da, cəzayla bağlı durum açıq qalmaqdadır.
Vəziyyətin dəyişəcəyi ilə bağlı "Neftçi"dən hələ heç bir açıqlama verilməyib.
FIFA-nın kluba maddi ikinci müddət verib-vermədiyi də məlum deyil. Hər halda, "ağ-qaralar"ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev əvvəlki açıqlamalarında pul cəzasını ödəyəcəklərini bildirmişdi və bu məqamı hər imkandaca əvvəlki rəhbərliyin yarıtmaz idarəçiliyi kimi təqdim edirdi.
Əldə etdiyimiz məluata görə, klubun büdcəsini təmin edən SOCAR-dan bu cəzanın ödənməyəcəyi bildirilib.
| Paylaş: