')

Bu gün:


FutbolPress.Az | Üç Azərbaycan klubunun nümayəndəsi Parisdə 

Üç Azərbaycan klubunun nümayəndəsi Parisdə 


oxunma sayı: 221 Paylaş:

FutbolPressFevralın 8-9-da Fransanın paytaxtı Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) assambleyası keçirilib.

Tədbirdə Azərbaycanı “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran” təmsil ediblər. Qurumun digər üzvü AZAL isə bu dəfə assambleyada iştirak etməyib (Səbəb açıqlanmayıb).

Assambleyanı ECA-nın prezidenti Karl-Haynz Rummenige açaraq qurumun gördüyü işlərdən və gələcək faəliyyətindən danışıb. O qeyd edib ki, ECA FIFA prezidentliyinə seçkidə UEFA-nın baş katibi Canni İnfantinonun namizədliyini dəstəkləyir.

Mərasimdə İnfantino da iştirak edib.

Assambleyada Çempionlar Liqasının və Avropa Liqasının formatı ilə bağlı müzakirələr aparılıb.

ECA-da Avropanın nəhəng klubları təmsil olunur. UEFA özünün maddi dəstək verdiyi bu qurumun tövsiyəsi əsasında klublararası yarışlarla bağlı qərarlar verir.

Qurumda Azərbaycandan səsvermə hüququna malik yeganə klub (92 klub arasında) "Qarabağ"dır. "Neftçi", "Xəzər Lənkəran" və AZAL isə assosiastiv üzvlərdir.


oxunma sayı: 221 | Paylaş:




?>