')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqovdan humanist addım

Rəşad Sadıqovdan humanist addım


oxunma sayı: 621 Paylaş:

FutbolPressÖtən ilin yayında "Neftçala"dan AZAL-a keçən Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb. 30 yaşlı müdafiəçinin sağ əlinin dirsək nahiyyəsində şiş yaranıb. İki aydı ağrılar hiss edən futbolçu Onkoloji Dispanserdə müayinədən keçib.

Musayev hazırda ev şəraitində müalicə olunur. Bir müddət belə davam edəcək. O, artıq iki kimyaterapiyaya məruz qalıb. Nə vaxt yaşıl meydanlara dönəcəyi hələ naməlumdu. Həkimlər tələsməməyi məsləhət görür.

 AZAL futbolçusuna maliyyə yardımı edib. Sevindirici haldı ki, yardımsevərlərin siyahısı "təyyarəçilər"lə məhdudlaşmır. "Neftçi", "Qəbələ", "Qaradağ Lökbatan" və "Neftçala"  aksiyaya qoşulub. "Qarabağ" da dəstək kampaniyasından kənar qalmayıb.

Rəşad Sadıqovun təşəbbüsü ilə. Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndərib. Kapitan isə bundan əlavə iki dəfə Rüfətə kömək əlini uzadıb. 400 dollar bir, 200 manat bir.// "sportinfo"


oxunma sayı: 621 | Paylaş:




?>