')

Bu gün:


FutbolPress.Az | "Hər halda, müzakirəyə çevrilən problem bizdən asılı məsələ deyil" (AÇIQLAMA)

"Hər halda, müzakirəyə çevrilən problem bizdən asılı məsələ deyil" (AÇIQLAMA)


oxunma sayı: 479 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXI turunun oyun cədvəlində dəyişiklik edilib. Canlı yayım səbəbindən “Zirə” - “Rəvan” görüşünün vaxtı dəyişdirilib. Belə ki, matç 14 fevralda deyil, bundan 1 gün sonra keçiriləcək.

Bu cür xəbərlər bu mövsüm xüsusən artıb. Səbəb?

Həm də "Neftçi", "Kəpəz", "Xəzər Lənkəran", "Qarabağ" kimi klubların azarkeşlərindən müxtəlif müraciətlər, redaksiyaya zənglər daxil olur ki, oyunların vaxtı iş saatıyla üst-üsə düşür, stadiona gələməyə mane olur və s.

Müraciətlərin çoxluğuyla əlaqədar mövzunu araşdırmağa ehtiyac vardı. Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev də bildirdi ki, analoji müraciətlər PFL-ə də ünvanlanır və bu mövsüm daha çox olub.

- Oyuna stadiondan baxmaq istəyən azarkeşlərin müraciətləri artıb. Narazıdırlar ki, günorta saatlarına, yaxud saat 4-5-6 aralığına salınır ən yaxşı halda. Belədə işdən çıxıb oyuna gəlmək olmur...

- Doğru, haqlı iraddır. Bizə də bu cür müraciətlərin sayı artıb. Ancaq düşünmürəm ki, oyunların günorta saatlarına salınması azarkeşlərin stadiona gəlişi üçün qlobal problem olsun. Xarici, nüfuzlu çempionatlarda da ən maraqlı oyunlar, bəzən, günortaya salınır.  Hər halda, müzakirəyə ehtiyacı olan məsələdir və olunur da.

- Müzakirələrin faydası nə dərəcədədir? 
- Kublar Komitəsinin son iclasında da bu mövzu geniş müzakirə olundu. Bilirsiz ki, oyunların eyni gündə olması və s. problemlər vardı. Təqvimdə tez-tez dəyişiklik edilirdi. Çünki mövsümün əvvəlində yayım məsələsi həll olunmamışdı. Daha doğrusu, mövsümün başlamasına 3-4 gün qalmış həll olundu. Bu da "CBC Sport" kanalının yaradılması məsələsinə görəydi. Ona görə indi reqlamentə belə tez-tez dəyişiklik edilir. Çempionat oyunlarının kanalın proqramıyla üst-üstə düşməməsi problem yaradır.

- Səbəbləri aradan qaldırmaqçün nə etmək olar?
- Kanal başqa çempionatların yayım hüququnu da alıb. Əsas səbəb  bu göstərilir ki, ölkə çempionatının oyunlarını axşam saatlarında vermək olmur, digər çempionat oyunlarının vaxtı ilə üst-üstə düşür. Hər halda, müzakirəyə çevrilən problem bizdən asılı məsələ deyil.

- Bəs stadionlarda işıqlandırma problemi necə - bu da varmı problemlər arasında?
- Bəli, bu da var. Bəzi stadionlarda işıqlandırma qaydasında deyil. Ancaq ölkə çempionatının, azarkeşlərin tələbinə uyğun, iş saatından sonra - belə deyək, axşam saatlarında yayımına ən əsas maneə xarici ölkə çempionatlarının yayımıdır, yəni müzakirələrdən belə aydın olmuşdu. 

- Bu mövzuda yenə müzakirələr olacaqmı?
- Bəli, təkmilləşdirməyə ehtiyac var və müzakirələr həmişə davam edəcək. yayım məsələsində oyunun günü və saatı "CBC Sport"la razılaşdırılır, klublara bildiriş göndərilir. "CBC Sport"un yaradılmasında əsas məqsəd ölkə çempiontının yayımlanması idi. Oyunların saatı və s. problemlər kanalın sonrakı proqram intervalına mane olmağa başladı. İstənilən halda, azarkeşlər oyun saatı ilə bağlı narazıdılarsa, qaydasına qoymaqçün müzakirələr olmalıdır, həll yollarını tapmaq lazımdır.

"FutbolPress" 


oxunma sayı: 479 | Paylaş:




?>