')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" inkar etsə də.. iflas yaxınlaşır 

"Xəzər Lənkəran" inkar etsə də.. iflas yaxınlaşır 


oxunma sayı: 296 Paylaş:

FutbolPressTez-tez "Xəzər Lənkəran"ın maliyyə böhranıyla üzləşdiyini, klubun ya buraxılacağı, ya da "əl dəyişəcəyi" haqda məlumatlar verirdik. Ancaq klub tərəfi israrla bu cür  informasiyaları təkzib edirdi. Yeni xəbərlər isə işin bulanıq olduğunu bir daha ortaya qoyur.

"Xəzər Lənkəran"  bütün təcrübəli futbolçuları ilə yollarını ayırmağa qərar verib. Hətta bu barədə rəhbərliklə komanda üzvləri arasında görüşdə bildirilib.

Komanda üzvlərinə deyilib ki, mövsümün ilk yarısı yekunlaşdıqdan sonra yüksək ödənişli oyunçular heyətdən göndəriləcək. Ona görə də indidən hərəyə özlərinə klub axtarmaları tövsiyə olunub. Rəhbərlik bu addımı üzləşdikləri maddi problemlərlə əlaqələndirib.

Artıq müdafiəçi Rasim Ramaldanov qış fasiləsini gözləmədən komanda ilə vidalaşıb. Yaxın vaxtlarda digər təcrübəlilər, o cümlədən Rahid Əmirquliyev komandanı tərk edəcək. "Xəzər Lənkəran" mövsümün ikinci hissəsində yalnız öz gənc yetirmələri ilə çıxış edəcək. Klubun xaricdə təlim-məşq toplanışı da böyük ehtimalla baş tutmayacaq. Amma Yunis Hüseynov baş məşqçi postunu tərk etməməyə qərar verib.

 "Xəzər Lənkəran" 13 turdan sonra Azərbaycan Premyer Liqasında 12 xalla 8-ci pillədə qərarlaşıb. Klub bu gün "Zirə"nin qonağı olacaq.


oxunma sayı: 296 | Paylaş:




?>