')

Bu gün:


FutbolPress.Az | Prosineçki əməliyyat olunub

Prosineçki əməliyyat olunub


oxunma sayı: 147 Paylaş:

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki cərrah bıçağı altına uzanıb. Xorvatiyalı mütəxəssis bu gün əməliyyat olunub.

Bakıda, “Modern” Hospitalda baş tutan uroloji əməliyyat az öncə başa çatıb.

Əməliyyatın uğurlu keçdiyi bildirilir. Lakin baş məşqçinin nə vaxt evə buraxılacağı barədə hələ məlumat verilməyib.

Prosineçkinin son durumunun nə yerdə olduğunu öyrənmək üçün hospitalla əlaqə saxladıq. Ancaq əməkdaşımıza bildirilib ki, Prosineçki onu əməliyyat edən həkimə bu barədə açıqlama verməyi qadağan edib.// "apasport"


oxunma sayı: 147 | Paylaş:




?>