UEFA: ÇL-də bütün dövrlərin ən yaxşı “11-liy"i (HEYƏT)
Paylaş:
UEFA Çempionlar Liqasında bütün dövrlərin ən yaxşı “11-liy”ini müəyyənləşdirib. Start heyəti ilə yanaşı, 7 nəfər ehtiyat futbolçu da açıqlanıb.
Maraqlıdı ki, Zinəddin Zidan, Canluici Buffon, Ronaldinyo və son dövrlərin ən güclü hücumçularından olan Zlatan İbrahimoviç simvolik “11-liy”ə düşə bilməyiblər.
18 nəfərlik heyətdə ispanlar çoxluq təşkil edirlər. Belə ki, İspaniya yığmasının 5 üzvü bu siyahıya düşə bilib.
Qapıçı: İker Kasilyas (İspaniya)
Müdafiəçilər: Karles Puyol, Serxio Ramos (hər ikisi İspaniya), Alessandro Nesta (İtaliya), Filipp Lam (Almaniya)
Yarımmüdafiəçilər: Xavi Ernandes, Andres İnyesta (hər ikisi İspaniya), Stiven Cerrard (İngiltərə)
Hücumçular: Lionel Messi (Argentina), Kriştianu Ronaldo (Portuqaliya), Tyerri Anri (Fransa)
Ehtiyat oyunçular: Canluici Buffon (İtaliya), Con Terri (İngiltərə), Pavel Nedved (Çexiya), Ronaldinyo, Kaka (hər ikisi Braziliya), Zinəddin Zidan (Fransa), Zlatan İbrahimoviç (İsveç)
| Paylaş: