')

Bu gün:


FutbolPress.Az | "Fəxr edirəm ki, belə bir mötəbər turnirdə Azərbaycanı və "Qəbələ" klubunu təmsil edəcəm"

"Fəxr edirəm ki, belə bir mötəbər turnirdə Azərbaycanı və "Qəbələ" klubunu təmsil edəcəm"


oxunma sayı: 253 Paylaş:

FutbolPressAzərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksinqçimiz Pərviz Abdullayev kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə - "Glory World Series"də çıxış edəcək.

Tanınmış idmançımız bildirib ki, məqsədi turnirin qalibi olmaqdır:

"Glory 26"da işitirak etmək əsas məqsədim idi. "Glory-25"də də iştirak edə bilərdim. Lakin sonradan qərara alındı ki, Amsterdamdakı "Glory-26"da iştirak edim. Fəxr edirəm ki, belə bir mötəbər turnirdə Azərbaycanı və Qəbələ İD klubunu təmsil edəcəm. Məqsədim çempion olmaqdır və inanıram ki, bunu bacaracam. Glory 70 kq çəki dərəcəsində olan bir döyüşdür. Qələbə qazansam, Glory ilə bir illlik müqavilə imzalaya bilərəm. Rəqibim mərakeşli idmançı Əziz Kalladır. O, yaşda və təcrübədə məndən zəif ola bilər. Amma turnirdə iştirak edirsə, demək ki, güclü idmançıdır. Həm də Hollandiya məktəbinin yetirməsidir.

Qəbələ idman klubu tərəfindən bizə çox yaxşı şərait yaradılıb. "Glory"nin gələcəkdə Aərbaycanda keçirilməsi də planlaşdırılır. Əsas məqsəd müqavilə imzalamaqdır. Bunun üçün yaxşı döyüş göstərmək lazımdır. "Glory" tam fərqli bir döyüşdür. Onlar bir qədər şou xarakterli döyüşü sevirlər. Bu yarışda Azərbaycanı təmsil edəcəm. Amma klub olaraq Qəbələ idman klubunun adı çəkilir.

İlk olaraq İtaliyanı təmsil edən erməni idmançı ilə döyüşməli olduğunu bildirən Pərviz Abdullayev sonradan rəqibinin dəyişdirildiyini vurğulayıb: "İlk olaraq İtaliyanı təmsil edən erməni idmançısı Qaqo Draqo ilə görüşməliydim. Amma sonradan rəqib dəyişdirildi və Əziz Kalla ilə görüşəcəm. Bütün döyüşü hücumda keçirmək lazımdır ki, qələbəyə yaxın olasan. Oktyabr ayında Rumıniyada Serbiya idmançısı ilə qarşılaşdım. O döyüş də "Glory"yə hazırlığın bir parçası idi. Bundan sonrada hazırlığıma ara vermədim. İnanıram ki, hər şey yaxşı olacaq. Heç nəyi şansa buraxmaq lazım deyil. Yarış "Amsterdam Arena"da keçiriləcək. Bu yarışa böyük maraq var. Bir ay öncədən bütün biletlər demək olar ki, satılıb. Amsteramda çox yarışlarda iştirak etmişəm. Oradakı azərbaycanlılar da məni yaxşı tanıyır və inanıram ki, məni yaxşı dəstəkləyəcəklər".


oxunma sayı: 253 | Paylaş:




?>