')

Bu gün:


FutbolPress.Az | Çingiz Abdullayev : "Əcnəbi məşqçi gətirəcəyik"

Çingiz Abdullayev: "Əcnəbi məşqçi gətirəcəyik"


oxunma sayı: 261 Paylaş:

FutbolPress"Oyun haqda siz özünüz danışsanız məsləhətdir" - bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Xəzər Lənkəran"ı səfərdə 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.

Qələbəyə sadəcə, sevindiyini bildirən Abdullayev flaqmanın baş məşqçi vəzifəsində qış fasiləsinədək Əsgər Abdullayevin çalışacağını açıqlayıb:


"Qələbə ilə başlamaq çox yaxşı oldu. Qarşıdakı oyunlarda nəticələrə baxıb qış fasiləsinədək qələbələri sıralamaq, yaxşı nəticə ilə yollanmaq istəyirik. Əsgər müəllim Müşahidə Şurası üzvlüyünü donduraraq, komandaya baş məşqçi kimi kömək edir. O, növbəti oyunlarda da baş məşqçi kimi davam edəcək. Samir Əliyev oxumağa getdiyindən, bu addımı atmalı idik. Yeni baş məşqçimiz qış fasiləsində tam müəyyənləşəcək. Əcnəbi məşqçi gətirmək istəyirik".//"sportnet"


oxunma sayı: 261 | Paylaş:




?>