')

Bu gün:


FutbolPress.Az | Tuyqun Nadirovun AFFA-dakı adamı kimdir? (EKSKLÜZİV!)

Tuyqun Nadirovun AFFA-dakı adamı kimdir? (EKSKLÜZİV!)


oxunma sayı: 977 Paylaş:

FutbolPressKeçən ilin sonuna yaxın AFFA ölkə futbol industriyasında hərəkətlilik yaradacaq qərarlar verməyə başladı. Onlardan biri - ən çox müzakirə yaradanı  komitələşmə qərarı oldu. Klublar, məşqçilər komitəsi yaradıldı. Həmin ərəfələrdə mediaya aid komitənin yaradılacağı da söz-söhbətlər arasında yer aldı və elə o arada da itdi.

Sözümüz bu komitələrdən birinə aiddir. Klublar Komitəsi yaradılandan sonra sədr seçkiləri keçirildi və quruma uğurlu və iddialı performansı davam etdirən “Qarabağ”dan, “Qəbələ”dən, o vaxt düşüşü çox olmayan “Neftçi” və “İnter”dən yox, uğursuz “Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov "seçildi".

KK olaraq klubların aydabir toplaşıb, hansısa oteldə qapalı iclas keçirməsindən başqa qurumun hansısa futbol prosesinə bir təsiri, faydası yoxdur. Deyilənə görə, yayım məsələsi... O da, sadəcə, deyilənə görə elədir. Fakt isə odur ki, yayım məsələsi konsensus şəkildə yox, bir mərkəzin – AFFA prezidentinin imkanları sayəsində yoluna qoyuldu, vəssalam. Burda KK-nın hansısa rolundan söhbət gedə bilməz.

Həm də bir qurum müzakirələr apararkən bunu bağlı qapılar arxasında niyə aparır – bu da heç cür anlaşılmır.

Qısası, bu məqalədə toxunmaq istədiyimiz mövzu başqadır. Futbolla yaxından-uzaqdan maraqlanan hər kəsə anlaşılmaz gəlir ki, niyə məhz Tuyqun Nadirov “qabağa çəkilir”?

Tuyqun Nadirovun atası Faiq Nadirov Elşad Nəsirovla tələbə yoldaşı olub.

“Xəzər Lənkəran” və “Palmali” Bakı ofisində əmisinin və qaynatasının hesabına möhkəmlənmiş Nadirov bu imkandan maksimum yararlanmağı bacarmışdı. Artıq “Palmali” Bakı ofisi və klub bir ildən çoxdur ki, pis günlər yaşayır. XL-in  gec-tez buraxılacağı, yaxud iddiasıza çevriləcəyi kuluarlarda əsas müzakirə mövzusuna çevrilib.

Məlumatlı mənbə bildirir ki, Nadirovun atası iş adamıdır, Moskvada yaşayır və s. Nəsirovla münasibətləri  Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetindəki tələbəlik dövrünə söykənir.

Kiçik bir arayış da verək ki, Faiq Nadirov hazırda da Moskvada yaşayır. Məqaləmizin qəhrəmanı isə uşaqlıqdan Yevlaxda – babasıgildə böyüyüb.

P.S. Dekabrda KK-ya yeni sədr seçkiləri olmalıdı. Ancaq bilirsinizmi nə olub? Bir müddət əvvəl, ictimaiyyətə açıqlanmadan seçkiyə aid qaydalar dəyişdirilib. Əvvəlcə sədr seçkilərinin 6 aydanbir keçirilməsi nəzərdə tutulubmuş, sonradan bu, 1 ilə uzadılıb. Daha sonra bir dəyişiklik də edilib. Dəyişiklik ondan ibarətdir ki, hazırkı sədr yenidən namizədliyini verə bilər. Ancaq əvvəl  belə deyilmiş. 
KK-nın əsasnaməsində isə ümumiyyətlə, bu haqda heç bir qeydə rast gəlmək mümkün deyil. Bu haqda sizə məlumat vermişdik ki, KK sədrliyinə seçkilərə namizəd olmaq məhdudiyyəti ləğv olunub. Yəni Nadirov yenə namizəd ola bilər. Maraqla dekabrdakı seçkiləri gözləyək... 
Bunu da qeyd edək ki, hazırkı AFFA prezidenti Rövnəq Abdullayevin bu şəxsə qarşı münasibəti yaxşı olmayıb. Abdullayevin futbol infrastrukturundan sıxışdırılıb çıxarılmasında gedən proseslərdə Nadirov da öz rıçaqlarından istifadə edərək Nəsirov siyasətinə dəstək verməkdədir.  Proseslər və müşahidələrimiz davam edir...

"FutbolPress"


oxunma sayı: 977 | Paylaş:




?>