')

Bu gün:


FutbolPress.Az | Prezident İlham Əliyev sərəncam imzaladı, polisin tribunadakı səlahiyyətlərini artırdı

Prezident İlham Əliyev sərəncam imzaladı, polisin tribunadakı səlahiyyətlərini artırdı


oxunma sayı: 284 Paylaş:

FutbolPressAzərbaycan Prezidenti İlham Əliyev cümə günü “Polis haqqında” Qanuna hüquq-mühafizə orqanları əməkdaşlarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Bu barədə prezident saytında məlumat yayılıb.

Qanuna edilən düzəlişlərə əsasən polislərin vəzifəsinə yarışların və idman tədbirlərinin keçirildiyi zaman, idman obyektlərində, eləcə də onlara yaxın ərazilərdə ictimai asayişin, tamaşaçıların və yarış iştirakçılarının təhlükəsizliyinin qorunması, zorakılığın qarşısının alınması daxildir.

Prezident İlham Əliyev cümə günü AR-nın “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” və “Məhkəmə-hüquq şurası haqqında” Qanuna da dəyişikliklərin edilməsi barədə sərəncam verib.


oxunma sayı: 284 | Paylaş:




?>