')

Bu gün:


FutbolPress.Az | PFL-dən dəyişiklik

PFL-dən dəyişiklik


oxunma sayı: 226 Paylaş:

Topaz Premyer Liqasının XIV turunun və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib.

Avropa Liqasının qrup mərhələsində oynayan  “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, “Rəvan”la  görüşün vaxtının dəyişdirilməsini xahiş edib. “Qəbələ”nin Avropa Liqasında oyununu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” - “Rəvan” görüşünün noyabrın 29-dan 30-a keçirilməsinə qərar verib.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” - “Mil Muğan” və “Rəvan” - “Bakı” matçları isə dekabrın 2-dən 3-nə keçirilib.


oxunma sayı: 226 | Paylaş:




?>