')

Bu gün:


FutbolPress.Az | Qəza 

Qəza 


oxunma sayı: 1636 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Bəlkə də dünyada heç bir ölkədə, heç bir ölkənin heç bir sahəsində peşəkarlıqdan o qədər danışılmır – Azərbaycan futbolunda danışılır...

Bu mövzu ətrafında həmkarım Sənan Abdullayevlə kəlamlaşanda, elə gözəl ifadə elədi ki: Araz Abdullayev maşını ilə yol kənarındakı süpürgəçini vurub öldürəndə hər iki tərəf ehtiyatsızlığın qurbanı olmuşdu. Hər iki tərəf qeyri-peşkarlığın badına getmişdi.

Bəli, Araz bizim son illər minbir hoqqa ilə ulduz eləmək istəyib, avtoşa çevirdiyimiz; ümidləri dəfn edən futbolçumuzdur. Onun öz maşınıyla sürət həddini lap çox aşanda yol kənarındakı süpürgəçi qadının da eynilə Araz kimi davrandığını bilməliyik.

Günortaya yaxın olmuşdu o hadisə...

Bakı paytaxtdı və iddiamız var ki, infrastruktur və s. tələblərə görə regionun ən böyük şəhəridir. Böyük şəhərlərdə yol kənarını gecə saat 4-də süpürməyə başlayırlar və bu ən uzağı saat sübh 7-ə qədər bitir. İnsanlar işə gedəndə artıq yol kənarında süpürgəçi olmur. Onlar işini bitirmiş olurlar.

Bəli, o qəza bizim süpürgəçidən tutmuş, futbolçuyadək  qeyri-peşəkarlıq traektoriyamızın ölçüsüdür, nəticəsidir. Qəzamız mübarək olmasın!

Yazarın bütün yazıları

oxunma sayı: 1636 | Paylaş:




?>