')

Bu gün:


FutbolPress.Az | "...birliyimizi nümayiş etdirdik"

"...birliyimizi nümayiş etdirdik"


oxunma sayı: 128 Paylaş:

FutbolPress"Çox çətin oyun oldu. Hesabda geridə qalsaq da, əzmkar qələbə qazana bildik". Komanda.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Antonio Salas Kuinta (Anyete) deyib.

Anyete Azərbaycan Premyer Liqasının 11-ci turunun "Sumqayıt"la oyunu (2:1) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Ruslan Qurbanovun penalti zərbəsindən vurduğu qola sevinirəm. Ümid edirəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi olacaq. Birinci hissədə bir neçə imkanımız oldu, amma onlardan istifadə edə bilmədik. Bu qələbədən sonra artıq növbəti oyunu fikirləşib, düzgün köklənməliyik. Göstərdik ki, yaxşı komandayıq, birliyimizi nümayiş etdirdik. Xüsusi olaraq, azarkeşlərə minnətdarıq, onlar bu oyunu görmək üçün uzun yol gəliblər. Daha çox çalışıb, onları gələn matçlarda da sevindirmək istəyirik".


oxunma sayı: 128 | Paylaş:




?>