')

Bu gün:


FutbolPress.Az | 50 gündən sonra gələn sevinc

50 gündən sonra gələn sevinc


oxunma sayı: 117 Paylaş:

FutbolPressBakının “Neftçi” klubunun qələbəsiz oyunlar seriyası qırılıb. Topaz Premyer Liqasının ardıcıl 6 qarşılaşmasında qalib gələ bilməyən paytaxt təmsilçisi XI turun “Sumqayıt”la səfər oyununda uğursuz seriyanı dayandırıb – 2:1. Samir Əliyevin yetirmələri sonuncu dəfə IV turun “Rəvan”la görüşündə qalib gəlmişdi. Sentyabrın 13-dəki matçda 3:1 hesabı ilə qalib gələn “Neftçi” növbəti qələbəsini 50 gündən sonra əldə edib. Bu müddətdə 6 oyun keçirən “ağ-qaralar” 3 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. “Xəzər Lənkəran” və “Qarabağ”la (hər ikisi 1:1) qarşılaşmalarda xal qazandıqdan sonra bakılılar “Zirə”yə 0:2, “Qəbələ”yə 0:1, AZAL-a 1:2 hesabı ilə uduzub, ötən tur “İnter”lə “sülh” bağlayıb – 1:1.

Xatırladaq ki, “Neftçi”nin Azərbaycan çempionatlarında ən uzun qələbəsiz oyunlar seriyası ötən mövsümün sonunda başlayıb, cari birincilikdə başa çatıb. Həmin müddətdə komanda ardıcıl 9 matçda qalib gələ bilməyib, 5 heç-heçə edib və 4 dəfə uduzub. 


oxunma sayı: 117 | Paylaş:




?>