')

Bu gün:


FutbolPress.Az | 250-ci oyun və məğlubiyyət

250-ci oyun və məğlubiyyət


oxunma sayı: 129 Paylaş:

FutbolPress“Rəvan”ın kapitanı Ramazan Abbasov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarımmüdafiəçi yubileyini Topaz Premyer Liqasının XI turunun “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib.  2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur. Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.


oxunma sayı: 129 | Paylaş:




?>