')

Bu gün:


FutbolPress.Az | Meydanı özbaşına tərk edən klub nə qədər cərimələndi?

Meydanı özbaşına tərk edən klub nə qədər cərimələndi?


oxunma sayı: 244 Paylaş:

FutbolPressİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.


Topaz Premyer Liqasının XI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40). Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2)

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “İnter”  – “Zirə” matçının 71-ci dəqiqəsində “Zirə” klubunun 40 №-li futbolçusu Təmraz Əmircanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 95 №-li futbolçusu Azər Yusifov ikinci sarı vərəqə alaraq meydaçandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Sumqayıt” – “Neftçi” matçının 64-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Şahin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).    

I Divizionun VII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 9 №-li futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).    

I Divizionun VII turunun “Göyəzən” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk etmiş 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunur (maddə 53.2). Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.

I Divizionun VII turunun “Bakı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I Divizionun VII turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

I divizionun VII turunun “Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).


oxunma sayı: 244 | Paylaş:




?>