')

Bu gün:


FutbolPress.Az | Böyükağa Haciyev : Qurbanov Qriqorçukdan bir addım öndədir (MÜSAHİBƏ)

Böyükağa Haciyev: Qurbanov Qriqorçukdan bir addım öndədir (MÜSAHİBƏ)


oxunma sayı: 1477 Paylaş:

FutbolPress“Neftçi”  Avropa Liqasının qrup mərhələsinə düşəndə komandanın baş məşqçisi Böyükağa Haciyev idi. Sonra komandada köklü dəyişikliklər oldu və s. O, indi AFFA Məşqçilər Komitəsində təmsil olunur. Ekstravaqant açıqlamalarıyla fərqlənən məşqçi ilə ordan-burdan söhbətləşdik:

- Azərbaycanın Avropa Liqasında iki təmsilçisi var – “Qəbələ” və “Qarabağ”...

- Hə, çox gözəl. Hər iki komanda bura qədər gəlibsə, alqış düşür. Ancaq ikisinin də vəziyyəti çətindir.

- Proqnoz verəsi olsaq?

- Qrupun yarısı geridə qalıb. Məlumdur da demək olar. Bir az “Qarabağ”ı  şanslı hesab eləmək olar, o da çox az. Açığı, hər iki qrup çox ağırdı, klublarımızda günah görmək düzgün olmaz. Rəqiblərin hamısının illərlə Avropa təcrübəsi var, çempionatlarındakı səviyyə göz qabağındadır.

- Qrup mərhələsini ilk dadan məşqçisiniz, təcrübəli sayılırsız. Sizcə, Qurbanov, yoxsa Qriqorçuk?

- Qurbanov Qriqorçukdan bir addım öndədir. Çünki o, yerlidir, komandasının psixologiyasını daha yaxşı bilir, yerli futbol mentalitetinə yaxşı bələddir və onun komandasında daha çox yerli futbolçu var.

- Məşqçilər Komitəsinin üzvü kimi U-21-in Avstriyaya 7 cavabsız qolla uduzması, ümumiyyətlə, digər yaş qruplarındakı millilərin betər nəticələri, həmçinin Yaşar Vahabzadə işinə münasibətinizi öyrənək...

- Bilirsiz, Yaşar Vahabzadə qədər U-21 təcrübəsi olan məşqi yoxdu. O, səhv eləmirəmsə, 6 il Lippertin yanında oturdu, U-21-i öyrəndi. Məsələ tək onluq deyil. Onun yerinə kim olsaydı, 7:0 onun başına gələcəkdi.

- Yəni demək istəyirsiz ki, pis nəticələr Lippertin tör-töküntüləridir?

- Tək o yox, ümumiyyətlə, U-21-in motivasiyası yerində deyil. Orda bəzi oyunçular əsas millidə oynayıblar. Bəziləri isə oynamaq istəyir və bu məsələlər onları motivasiya eləməyi çox çətinləşdirir.

- Vahabzadədən yaxşı motivasiya eləyən tapılmaz?

- Məsələ onda deyil axı. Lap mən də olsam, bilirsizmi, sən komandanı kökləməlisən, bu, elə-belə iş deyil. Adamın içində buna istək yoxdursa, sən nə eləsən də, ürəyincə nəticə ala bilməyəcəksən.

- Tam aydın olmadı. Yəni çox şey motivasiyadan asılıdır, o da mümkün olmur, bəs...

- Bəs dedim də, əsas millidə oynamış, oranı dadmış oyunçu U-21-də özünü məcburiyyətdə hiss eləmir, tam gücüylə oynamır, zədə riski də həmişə beynində olur, başqa cür desək, həvəs o həvəs olmur. Ya  da həmişə 21 yaşlılarda oynamış oyunçu milliyə dəvət almayanda bezir, stimulu itir. Sən də baş məşqçi kimi taktiki-texniki, digər məsələlərlə yanaşı, bu cür detalları da həll eləməlisən. Buyur, həll elə...

- Belə başa düşdüm ki, burda əsas məsələ, əsas millidə oynanaynın bir qələbəyə görə aldığı pul mükafatını U-21-də 5-10 oyunda belə ala bilməməsidi. Belə şeylərdir həvəsdən salan, stimulu, motivasiyanı çətinləşdirən...

- Ay ölənlərin rəhmət. Bəli, elədir. Futbolçu elə məxluqdur ki, ona çox qazanmaq maraqlıdır, o pula layiq olub-olmadığını düşünməzlər.

- Siz AFFA-nın müxtəlif yaş qrupları üzrə millilərçün fəaliyyət prinsiplərini bəyənirsiz?

- Çatışmazlıqlar var. Ancaq konkret bir tərəfi təqsirləndirmək doğru olmaz.

- Təklif-filan varmı?

- Təklif olsa, bu, mənə olacaq da, elədirmi... (Gülür)

- Əlbəttə, ancaq sizin işsiz olmağınız fanatlarınızı narahat edə bilər. Ona görə soruşdum ki, sirr saxlamayasız, varsa, deyin...

- (Gülür) Təklif olsa, razılaşdığım bir şey olsa, bu haqda mütləq sizinlə məsləhətləşərəm, sizə bildirərəm.

- Yüksək etimadınızçün təşəkkür, sağ olun.

- Siz də sağ olun.

Elçin CƏLİLOV


oxunma sayı: 1477 | Paylaş:




?>