')

Bu gün:


FutbolPress.Az | Suallar içində

Suallar içində


oxunma sayı: 2221 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com
Hazırda iki komandamız özünü tutub. Adlarını da bilməmiş olmazsız. “Qarabağ” və “Qəbələ”, öz saytlarının işçilərindən başqa bir insan övladına lazım olmayan qoca idman jurnalistlərinin təbirincə desək, adından söz etdirməyi bacarıb. Brendə çevrilirlər, bir şey qalmayıb. Düzdü, “Qarabağ” o birisinə baxanda bir xeyli qabağa gedib. Lakin “Qəbələ” də özünə görə populyardı, azından vətənimizin qulluğunda hər zaman dayanan FHN işçiləri bu komandanı sevir, dəstəkləyir, avroliqa oyunları vaxtı tək buraxmır.

Sizi bilmirəm, amma mənim içimdə şübhələr var. Nədir bu uğurların sirri? Hər nədirsə, Allah xeyirindən eləsin. Mənimçün “Qarabağ”ın, o birisinin, bu birisinin uğur qazanması az fərq edir. Əsas odur ki, sizə ləzzət eləsin.  Heç kimin də yaxşı əməlinə kölgə salmaq istəmirəm. Ancaq bəzi şeyləri də görüb susmaq olmaz axı.

5-6 il bundan qabaq da “Qarabağ” uğurlu idi. O dövrdə qrupa düşməsə də, 3-4 mərhələ oynayırdı. Elə həmin vaxtlarda da yayda qəfil gündəmə gəlib, payızda dəbdən düşürdü. İndi qrupda oynayır deyə populyarlığının payızda da qoruyur. Həmin o çoxdanki uğurlarda da şübhəli məqamlar var idi. Adam var idi ki, "qəti əminliklə" oyunların əvvəlcədən kimin sifarişi ilə bizimkilərin xeyrinə necə həll olunduğundan danışırdı. O tip adamlardan 4-5 nəfər tapmaq olardı. Çox güman indi tapılmazlar...

Niyə görə bizim komandaların uğurlu heyətindən bir nəfəri seçib aparmırlar Avropa komandaları? Keçən sezon avroliqada qrup mərhələsi təcrübəsi yaşayan futbolçu Türkiyənin ikinci sort liqasında nə gəzir? O sizin bəyəndiyiniz Qara Qarayevi, Maksim Medvedyevi heç Türkiyənin”Ayranspor” komandası da oynatmaz. Səviyyə göz qabağındadı. Guya onların Mahir Şükürovdan nə artıq yeri olub və ya olacaq?

“Qəbələ”nin hazırki heyəti ilə Roman Qriqorçuk Ukrayna çempionatında ilk “onluğ”a da düşə bilməz. Mən sizə söz deyirəm, düşə bilməz. Amma fakt odur ki, Qəbələnin klubu Avropanın səviyyəcə ikinci klub turnirində qrupa düşüb. Hətta srağagün bir jurnalist “facebook”da yazmışdı ki, futbolu “Qəbələ” oynadı, oyunu “Borussiya” uddu. Onun səmiyyətinə qəti şübhəm yoxdu. Nə təhər olubsa, inanıb.

Yazarın bütün yazıları

oxunma sayı: 2221 | Paylaş:




?>