')

Bu gün:


FutbolPress.Az | "Neftçi" yenə məğlub oldu (YENİLƏNİB)

"Neftçi" yenə məğlub oldu (YENİLƏNİB)


oxunma sayı: 743 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib.

İlk oyun günündə bir görüş nəzərdə tutulub. Açılış matçında paytaxt klubları AZAL və "Neftçi" üz-üzə gəlib. 

Son 4 oyunda cəmi 2 xal toplayan “Neftçi” meydana mütləq qələbə üçün çıxmışdı. Lakin hadisələr "ağ-qaralar"ın istəyinin əksinə inkişaf edib.

Belə ki, oyunda ilk qolu AZAL vurub. 24-cü dəqiqədə Nuqzar Kvirtiya qonaqların qapısına təyin olunan penaltini qola çevirib. İlk hissə elə bu hesabla da başa çatıb - 1:0. 

Lakin ikinci yarıya Samir Əsədovun komandası yaxşı başlayıb. Bunun da məntiqi nəticəsi kimi qonaqlar hesabı bərabərləşdirə biliblər. 57-ci dəqiqədə Ruslan Qurbanov dəqiq baş zərbəsi ilə tablodakı sıfırı 1-ə çevirib. Lakin "flaqaman"ın bundan artığına gücü çatmayıb. 

Qapıya 13, çərçivəyə isə 6 zərbə vurmasına baxmayaraq "Neftçi" məğlub olub. Hakimin əlavə elədiyi dəqiqələrdə Filyo Jairo Rodriges cərimə meydançasında meydan sahiblərinin oyunçusuna qarşı kobud oynayıb, hakim tərəfindən qırmızı vərəqə ilə cəzalanıb. Braziliyalı üstəlik qapısına penalti də "qazandırıb". Aleksandr Quruli isə Aqil Məmməvovun qapısına təyin olunmuş ikinci penaltini də dəqiq yerinə yetirib - 2:1. 

Bununla da AZAL mövsümdə ikinci qələbəsini qazanıb və xalların sayını 7-ə çatdırıb. Böhran içində olan "Neftçi" isə 4-cü məğlubiyyəti ilə barışıb.

Turun digər oktyabrın 24 və 25-i keçiriləcək. 


 Azərbaycan Premyer Liqası. IX tur
23 oktyabr

18:00. AZAL – “Neftçi” - 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-p (1:0), Ruslan Qurbanov, 57 (1:1), Aleksandr Quruli, 90+4-p (2:1)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
Bakı. “AZAL Arena”

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 27. Aleksandr Quruli, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 20. İsmayıl İbrahimli, 11. Ruslan Nəsirli, 5. Kamil Hüseynov, 19. Məhəmməd Bədəlbəyli, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov
Baş məşqçi: Tərlan Əhmədov

“Neftçi”: 1. Aqil Məmmədov (k), 3. Filyo Jairo Rodriges, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 45. Kamran Nəcəfzadə, 10. Cavid İmamverdiyev
Baş məşqçi: Samir Əliyev



24 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.

17:00. “İnter” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
“İnter Arena”.


25 oktyabr (bazar)

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.



TURNİR CƏDVƏLİ

N Klublar O Q H M T-F Xal
1 Qarabağ 8 6 2 0 17-7 20
2 Qəbələ 8 6 1 1 17-4 19
3 Zirə 8 4 3 1 8-6 15
4 İnter 8 4 2 2 6-6 14
5 Kəpəz 8 3 2 3 9-7 11
6 Neftçi 9 2 3 4 8-10 9
7 Xəzər Lənkəran 8 2 3 3 8-12 9
8 AZAL 9 2 1 6 5-12 7
9 Sumqayıt 8 0 5 3 5-9 5
10 Rəvan 8 0 2 6 4-14 2


oxunma sayı: 743 | Paylaş:




?>