')

Bu gün:


FutbolPress.Az | "İnter" zərəri açıqladı: 73 milyon avro

"İnter" zərəri açıqladı: 73 milyon avro


oxunma sayı: 487 Paylaş:

FutbolPressMilan "İnter"inin prezidenti Erik Toxir klubun zərərlərini açıqlayıb, amma gələcəyə nikbin baxdığını bildirib. 

"Football Italia"nın məlumatına görə, "göy-qaralar" ötən mövsüm 45 milyon avro itirib. Əvvəlki məşqçilər qərargahının maaşları, oyunçuların müqavilələri və digər maliyyə öhdəlikləri ilə birlikdə bu məbləğ 73 mln avro təşkil edib. 

Bütün bunlara baxmayaraq, indoneziyalı iş adamı klubun düzgün istiqamətdə inkişaf elədiyini deyib:

"Maliyyə nəticələri ürəkaçan olmasa da, bizim biznesimizi və klubumuzu düzgün yöndə aparırıq. Kommersiya gəlirlərimiz artır və əməliyyat mənfəəti çox vacib nailiyyətdir. Bu strategiyamızı davam etdirəcəyik. Uğurlu komanda qurmaq üçün həm meydanda çalışmalı, həm də meydandan kənarda möhkəm biznes yaratmalıyıq. Eyni zamanda, maliyyə "Fair Play" qaydalarına hörmətlə yanaşmalıyıq". 

Sahibkar klubun yeni titul sponsoru ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

 
 "Yeni sponsorlarla bağlı yayılan xəbərlər şayələrdən başqa bir şey deyil. Biz transfer bazarında yaxşı işlədik, yeni və prezpektivli oyunçular almışıq. Əgər ehtiyac olarsa, daha bir neçə "futbol ifaçısı"nı heyətimizə qatacayıq". 

Erik Toxir baş məşqçi Robero Mançiniyə də etimad göstərdiklərini dilə gətirib: 
 
 "Biz Mançiniyə inanırıq. Düzdü, komandada bəzi çatışmazlıqlar var, ancaq biz inkişaf edəcəyik". 


oxunma sayı: 487 | Paylaş:





?>