')

Bu gün:


FutbolPress.Az | "İnter"dən AFFA-ya şikayət

"İnter"dən AFFA-ya şikayət


oxunma sayı: 134 Paylaş:

FutbolPressAFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda ən ağır cəzaya “İnter” məruz qalıb.

Belə ki, oyunun 90-cı dəqiqəsində hakimlər briqadasın təhqir edən "İnter" qapıçısı Georgi Lomaya, 3 dəqiqə sonra isə hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlədən Zurab Xizanişvili 4 oyunluq cəzalandırılıb. Bunlara görə klub 8000 manat ziyana düşməlidi.

Oyun başa çatdıqdan sonra "İnter"in nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir edib. Buna görə o, 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə olunub. "Bankirlər" həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün əlavə 1000 manat də ödəyəcək.

Ümumilikdə, paytaxt klubu 14 min manat ziyana düşüb.  “İnter” bu cəzalarla qəti razılaşmır. Paytaxt təmsilçisi qərardan Apellyasiya şikayəti verəcək və məsələlərə yenidən baxılmasını istəyəcək.


oxunma sayı: 134 | Paylaş:




?>