Mübariz Mənimovun böhran əlamətləri
Paylaş:
"Xəzər Lənkəran"ın sahibi olan Azərbaycanlı milyarder Mübariz Mənsimovun işləri hələ də pisə doğru getməkdə davam edir. Biznesinin ağır maliyyə zərbələri aldığını bir müddət əvvəl yazmışdıq.
Bu aralar Türkiyə mətbuatında da Mənsimovun pulunun azalmasına dair müxtəlif məlumatlar dərc edilirə “Palmali” holdinqin sahibi olan məşhur azərbaycanlı biznesmenin Rusiya prezidenti Vladimir Putinlə münasibətinin pisləşməsi səbəbindən maddi sıxıntı keçirdiyi iddia edilir. Mənbədə, hətta Mənsimovun “Palmali Havacılık” adlı şirkətinə məxsus təyyarələri satdığı qeyd edilir. “Palmali Havacılık”ın 5 təyyarəsi var və onlardan 2-si internetdə satışa çıxarılıb: “Falcon 2000S” və “Falcon F7”.
Bodrumda 370 milyon lirəyə ərsəyə gələn “Cennet Köyü” adlı layihə dövlət nəzarətinə götürülüb. İş adamının layihəyə görə dövlətə ödəməli olduğu vəsaiti tapmadığına üçün məhkəmə layihəni ən çox pul təklif edən ikinci şirkətə verə bilər.
Bir vaxtlar "Forbes"in ən varlılar siyahısında özünə yer etmiş Mübariz sərvətinin 1,3 milyard dollaradək azaldığı və dünya sıralamasında 1415-ci yerə gerilədiyi açıqlanıb.
200-dən çox neft tankerinə sahib olan məşhur biznesmenin artıq otel və yaxtalarını, eləcə də digər turizm obyektlərini satmağa çalışması da sərvətini xilas etmək məqsədi kimi təqdim edilir.
Türkiyə mətbuatının başqa bir iddiası da maraq doğurur. Bildirilir ki, Mənsimovun işlərinin zəifləməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı da ziyana salacaq. Belə ki, əmisi və yeznəsi ilə birlikdə qurduğu BMZ Qrup Dənizçilik şirkətinin sahibi olduğu 5 yük gəmisini 10 illiyə Mübariz Mənsimova icarə verən Bilalın da işlərinin zəifləyəcəyi yazılır.
| Paylaş: