"Barsa" şokda: daha bir əsas üzvü zədələndi
Paylaş:
ÇL-in qrup mərhələsinin II turunun "Barselona" - "Bayer" Leverkuzen matçının (2:1) 60-cı dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edən meydan sahiblərinin yarımmüdafiəçi Andres İniestanın son durumu bəlli olub.
"El Larguero"nun məlumatına görə, sağ bud nahiyəsinin arxa hissəsini dartan 31 yaşlı xavbekin azı 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.
Bununla da Katalon klubunun zədəli üzvlərinin sayı 5-ə çatıb. İndiyədək Rafinya, Vermalen, Messi və Adrianonun komandaya kömək edə bilməyəcəyi məlum idi. Klubun yeni transferləri Arda Turan və Aleix Vidal isə qadağa səbəbindən oynaya bilmirlər.
| Paylaş: