')

Bu gün:


FutbolPress.Az | Ronaldo inanılmaz rekordla "Real"ın tarixinə düşdü (VİDEO)

Ronaldo inanılmaz rekordla "Real"ın tarixinə düşdü (VİDEO)


oxunma sayı: 1071 Paylaş:

FutbolPressİspaniya La Liqasının III turu davam edir. 

Turun ikinci oyun günündə "Real" Madrid səfərdə "Espanyol"la qarşılaşıb. Görüşdə qonaqlar meydan sahiblərinin qapınsından 6 cavabsız top keçirib. 

Sözügedən matç "Kral klubu" və hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, portuqaliyalı superulduz Kriştiano Ronaldo penta-trik eləməklə "Real"ın La Liqa tarixindəki ən məhsuldar futbolçusu olub. 

Portuqaliyalı bu gün vurduğu 5 dəqiq zərbə ilə ümumi qolların sayını 230-a çatdırıb. O, bununla da aktivində 228 qol olan "Qalaktikos"un əfsanəsi Raul Qonzelsi geridə qoyub. 

Raul bütün qollarını 550 oyuna vurubsa, Ronaldo üçün cəmi 203 matç kifayət edib.



oxunma sayı: 1071 | Paylaş:




?>