')

Bu gün:


FutbolPress.Az | KresLove

KresLove


oxunma sayı: 1331 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
ARDNŞ və AFFA-nın prezidenti Rövnəq Abdullayev cüdo federasiyasına prezident təyin (?!) olunandan sonra vitse-prezidenti Sadıq Sadıqov oldu. Qohumudu. Yenə tayfa, qohumbazlıq. Bəlkə o vəzifəyə gənc, daha enerjili,fantaziyası geniş birini qoymaq olardı... Bir dəstə adam var, onlar burdan çıxıb, o tərəfdəki vəzifəni, ordan çıxıb, bu tərəfdəkini tuturlar və başqa heç bir alternativ tanımırlar. Elə dünyaya göz açandan, elə bil, bu bir dəstə adamı görmüşük vəzifələrdə. Onlar dövlətdi, güc strukturlarıdı, icra orqanlarıdı, idmandı, mədəniyyətdi, turizmdi, yoldu, sudu, qazdı, işıqdı, çörəkdi, çörəkdi, çörəkdi... - hər şeyi özləri idarə edir. 

Niyə biz - gənclər o vəziyəfələrə iddia eləmirik? İddia eləyən yerimizə keyidici vurublar.. Onlar o vəzifədə nə iş görürlər? Heç nə!  Heç bir fərqlilik də yox... Həm də Sadıqvun "Neftçi"də əlahiddə hansı işləri oldu ki? Pulun hesabına hərəkət eləyən fantaziyasızlardı yaşlı nəslin vəzifədə olan hamısına qədəri. O pullar kimin əlində olsa, ordan-burdan mütəxəssis gətirib, iş gördürər də ona. Lazımdı ki, pula güvənib iş tutmayasan, iş görüb, pul gətirəsən... Alınar? Görürük ki, yoxdu elə bir şey... Hanı? Heç yaxına da buraxmırlar.

Gənclər bunların köməkçiləri, hambalları, buyruqçuları olmalıdı - belə baxırlar, belə hiss və dərk edirlər.  Ümumiyyətlə, bu cəmiyyətdə də təfəkkür, altşüur belədi ki, sənin vəzifən yalnız 45-50-55 yaşdan sonra ola bilər, 25-30-35 yaşında nə itin azıb, vəzifə nədi, sən nəsən... əsən.. kəsən.. necəsən.. sən.. yesən də, yeməsən də - budu. 


Yazarın bütün yazıları

oxunma sayı: 1331 | Paylaş:




?>