')

Bu gün:


FutbolPress.Az | Çingiz müəllim, nə olmuşdur?  

Çingiz müəllim, nə olmuşdur? 


oxunma sayı: 768 Paylaş:

FutbolPress
shikhibayramli@gmail.com
Əziz bakılılar və rayondan gələnlər!

İcazə verin, sizə Çingiz Abdullayev haqda danışım. Detektiv yazan bu qələm sahibi Bakıda yaşayır. Paytaxtımız da küləklər şəhəridi axı. Yaxşı yazıçıların olması labüddü. Burda hər küçədə bir əhvalat uyduran var. İyi çıxmır, bir şey eləmir. Uydur ki uydurasan, yaz ki yazasan. Bu Çingiz Abdullayevin yaxşı imici var. Hərdən yaxşı çıxışlarını da izləmişəm.

“Neftçi”yə gətiriləndən azacıq hörmətdən düşüb. Yazıq nə bilərdi ki, belə olacaq? Bir neçə gün əvvəl Çingiz müəllim deyib ki, “Qarabağ” və “Qəbələ”nin avrokuboklarda qabağını kəsirdilər, mən onların və Azərbaycan futbolunun dadına yetişdim. Sonra da jurnalistlər məsələni araşdırıb, şura sədri Ç.Abdullayevi biabır ediblər. Rüsvayçılıq olub. Bakının küləyinə də etibar yox imiş. İyi çıxıb söhbətin.

Ay Çingiz müəllim, siz axı niyə imicə görə bu boyda həngamə açmısız? Yəqin şeytan qulağına pıçıldayıbmış. Hoqqa çıxaranda da ustalıq lazımdı axı. Məsələn, Azərbaycan futbol təsərrüfatında elə dələduzlar var ki, hamının yanında başları ucadı. Adı ad, hörməti hörmət. Bu məsələdə hörmətli yazıçımız böyük səhv buraxıb. Ağlına o cür gözəl fikir gəlib, düzgün istifadə edə bilməyib. Bu fikri o, necə deyərlər, “ehtiyat oyunçular skamyası”nda saxlamalı idi. İşdi, günlərin bir günü “Neftçi”dən lazımsız olduğu bildirilib, göndərilsədi, çıxıb deyərdi sözünü. Deyərdi ki, qardaş, mən o vaxt “Pen-klub”un qabağına çıxmasaydım, indi klublarımız avrokuboklardan kənarda idi.  Sözü vaxtında deyərlər - belə bir atalar sözü də var.
Görəsən Ç.Abdullayev hansı məqsədlə bu addımı atıb? Yəqin fikirləşib ki, bu sözü deməklə “Qəbələ”nin, “Qarabağ”ın bosslarının xoşuna gələcək. Bəlkə istəyib ki, o tərəflərdə də müşahidə şurası yaransa, özünü yetirsin.

Yazarın bütün yazıları

oxunma sayı: 768 | Paylaş:




?>