')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" fərqi 

"Xəzər Lənkəran" fərqi 


oxunma sayı: 1319 Paylaş:

FutbolPress
elchin.jalilov@gmail.com
Son vaxtlar "Xəzər Lənkəran" adına elə xəbərlər çıxır ki, adamı ağlamalı gülmək tutur. Veldin Muharemoviçin şikayətindən sonra transfer qadağası ilə cəzalandırılan klub İdman Arbitraj Məhkəməsinə (İngilis Abbreviaturası ilə: CAS) müraciət edib və qış "transfer pəncərəsi" cəhənnəmə, yaya aid qadağanın aradan qaldırmasını istəyib.

CAS-ın qərarı çıxmamış Mirça Rednikin baş məşqçiliyi vaxtında transfer edilmiş Eder Bonfimin də analoji hərəkətə əl atdığı, pulunu tam ala bilmədiyi üçün UEFA-ya şikayət elədiyi məlum olmaq üzrədir.

Bu yerdə adamı fikir aparır: bəs bu qədər futbolçu şikayət eləyib, verilməyən pullarını tələb edirsə, "Palmali"nin mərkəzi maliyyə idarəçiliyi bu barədə ölçü, araşdırma...?
OK, bəs İstanbul (mərkəz ofisi)  maraqlanmırmı  verilməyən pulların taleyi ilə? "Verilməyən pul" məsələsi niyə yaranır ki ümumiyyətlə? Bu cür "sistem"  başqa klublarda da mövcuddu, ancaq niyə ən çox XL "ilişir"?
Bəlkə hamısının xəbəri var, sadəcə belə lazım bilirlər, belə də edirlər? Ciddi işadamları hər qəpiyinin hara xərcləndiyini bilən olur, yoldaş Mübariz Mənsimov...

Açığı, "FutbolPress" bu məsələləri xeyli əvvəldən yazıb, bildirmişdi. Sadəcə, saytın başına texniki baxımdan hər oyun açıldığına görə heç bir vasitəylə həmin xəbərlərin, yazıların olduğu linkləri tapa bilmirik. İnanırıq ki, bizə inanırsız...

Adrian Pitdən və s. legionerlərdən də təhlükəni gözləyin, cənab Mais Mənsimov (Adamı yenə gülmək tutur).

Açığı, XL son vaxtlar əvvəlkitək "reklam paylamır" və məlumatlara görə, bəzi KİV-lərlə bu cür əməkdaşlığı ümumiyyətlə dayandırıb. Ona görə də klub haqda ifşaları əvvəlkitək yalnız 1-2-3 KİV yox, daha çoxu dərc edir. Əvvəl isə əksərən, manipulativ "tənqidciklər", vəssalam...
XL reklamı elə-belə verməyən tək klubdur. İfşa elədinsə, səndən "küsəcək", yenə ifşa elədinsə, bərk inciyəcək, davam elədinsə buna, reklamı xırppp...

Biz "küsmək" mərhələsində özümüz xırp elədik...

Oxucuya doğrunu çatdırmaq peşə borcundan başqa həm də, məsələn, gözəl bir "Cuba Libre" həzzidir...

Klub niyə bu günlərə düşdü?

Aha.. xeyli mürəkkəb sualdır. İşə düşdük. Burada dərin analiz, araşdırma oxuya bilməyəcəksiz. Abzası yalnız bununla tamamlayaq ki, hətta klubun öz daxilində 98.3 % əməkdaş bilmir bu hadisələr niyə belə olur...

Bunlar Mais&Tuyqun prodakşn LTD idarəçiliyinin dərin sirləri silsiləsindən şey-şüylərdir...

***       ***       ***

Çıxış yolu?

Yoxdur...

Səbəblər?

Sirdir...

Heç yoxdu?

Yox, yoxdur... Olsaydı, yazardıq, yazı da gözəl görünərdi.

Bax gör neynirsən: bəlkə lap çıxış yolu?

OK, deyək: hazırkı idarəçilikdə "çistka" və yeni, kollegial idarə üsulu. 

...Və bildiyimiz kimi, Azərbaycanda belə şeylər işləmir, yerimir, alınmır. "Neftçi" buna göp-gözəl bir nümunə kimi gözümüzün qabağındadır.

Ona görə bunu da qoyuruq bir tərəfə və yenidən başlayırıq qaragüruh söhbətlərinə.

***       ***       ***

"Xəzər Lənkəran" son 2-3 ilin ən sabit klubudur. Nəticələr göz qabağındadır... İndi əvvəlkitək, lap tez-tez baş məşqçi dəyişdirilmir. Gəncləşdirmə siyasəti də  mövzumuza desert kimi...
Bundan başqa, son olaylardan biri bunu bir daha sübut etmişdir ki, bu klubda qətiyyən "moşenniklik" yoxdur. Bu gözəl əhval-ruhiyənin davamı olaraq onu da qeyd edək ki,  klubun idman direktoru vəzifəsini yerinə yetirən baş məşqçi Yunis Hüseynov klubun maliyyəsi olmasa da, Maliyə getmişdir. Tam bir afrodizyak hadisə... Gəncləşdirmə siyasətinə "qara" yaxmaq istəməzdik. Ancaq ora getməzdən əvvəl açıqlama və xəbərlərdən məlum idi ki, ordan Portuqaliyaya üz tutacaqlar.

Bu gün (Oxuma: dünən) məlum olur ki, onlar ordan  Vasko De Qamanın vətəninə yox, düüüüz bizim vətənə gələcəklər. Niyə? Ona görə ki, Portuqaliya çempionatı bitib! Ə, bəs niyə demirsiz...

Onda niyə əvvəldən demişdilər ki, gedəcəyik? Ayıb deyil? Ona görə ki, işlər qeyri-peşəkar görülür, heç sabahın planı qurulmur, nəinki birisigünün...

Çox çək-çevirdən sonra gəlib ora çatdıq ki, "Xəzər Lənkəran" bu gedişlə düzəlməyəcək. Başqa gedişlə də düzəlməyəcək. Ümumiyyətlə, gedişlə düzəlməyəcək.  Lap da ki kiməsə borcu var düzəlməyə? Pul özlərinindi, özləri bilər, he, he...

Yazarın bütün yazıları

oxunma sayı: 1319 | Paylaş:




?>