')

Bu gün:


FutbolPress.Az | Sxadadze 1714 günlük həsrətə son qoydu

Sxadadze 1714 günlük həsrətə son qoydu


oxunma sayı: 185 Paylaş:

FutbolPressBakı “İnter”i “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub.

Azərbayan Premyer Liqasının XXXV turunda 2:1 hesablı ev qələbəsi qazanan paytaxt təmsilçisi bunadək 18 oyun idi ki, rəqibinə qalib gələ bilmirdi.

2010-cu il sentyabrın 11-də öz meydanında 1:0 hesabı ilə qələbə qazanan Kaxaber Sxadadzenin komandası 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində Ağdam təmsilçisini məğlub etməyi bacarmayıb. Bu müddətdə 8 heç-heçə edən “İnter” 10 dəfə uduzub. 5 ilə yaxın qələbəyə həsrət qalan Kaxaber Sxadadzenin komandası 1714 gündən sonra “Qarabağ”a qalib gəlib.

Azərbaycan çempionatları tarixində eyni rəqiblə oyunlardakı ən uzun qələbə həsrəti MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi keçirdiyi bütün oyunlarda - ardıcıl 22 qarşılaşmada “Kəpəz”ə qalib gələ bilməyib.


oxunma sayı: 185 | Paylaş:




?>