')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən daha iki transfer

"Qəbələ"dən daha iki transfer


oxunma sayı: 560 Paylaş:

FutbolPressNövbəti mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" heyətini gücləndirməkdə davam edir. 

"Qırmızı-qaralar" "Simurq"dan "Simurq"dan Samir Zərgərov, "Sumqayıt"dan isə Andrey Popoviçin ardından daha iki transferi reallaşdırıb. 

Bunlar "İnter"in müdafiəçiləri Məhəmməd Mirzəbəyov və Arif Daşdəmirovdu. Klubun meneceri Səbuhi Səfiyarlı "FutbolPress"ə açıqlamasında bildirdi ki, Mirzəbəyovla artıq iki illik müqavilə imzalanıb. Daşdəmirov isə yaxın saatlarda eyni müddətlik sözləşməyə qol çəkəcək. Klub rəsmisinin sözlərinə görə, hələlik legionerlərlə anlaşmayıb. 

Məhəmməd Mirzəbəyov bu mövsüm Premyer Liqada 29 oyunda 4 qol, Arif Daşdəmirov isə 28 matçda 5 qol vurub.


oxunma sayı: 560 | Paylaş:





?>