')

Bu gün:


FutbolPress.Az | Hafiz Məmmədov: "Bu, bizim düzgün iş apardığımızın göstəricisidi"

Hafiz Məmmədov: "Bu, bizim düzgün iş apardığımızın göstəricisidi"


oxunma sayı: 298 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasının XXXV turunda "Bakı" doğma meydanda "Neftçi" ilə 0:0 hesablı bərabərə qaldı.

Klubun prezidenti Hafiz Məmmədov komandanın builki çıxışından razı qaldığını açıqlayıb. O, həm də “Bakı”nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb:

“Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdı. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidi. İnanıram ki, hazırkı heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar”.

Mövsüm boyu maliyyə problemləri içində olan "Bakı"ya Premyer Liqada iştirak üçün lisenziya verilməyib. Onlar növbəti mövsümdən I Divizionda mübarizə aparacaqlar.


oxunma sayı: 298 | Paylaş:




?>