')

Bu gün:


FutbolPress.Az | "Xəzər Lənkəran" bu dəfə əsasnaməyə əməl etdi (AÇIQLAMA)

"Xəzər Lənkəran" bu dəfə əsasnaməyə əməl etdi (AÇIQLAMA)


oxunma sayı: 250 Paylaş:

FutbolPressDünən Azərbaycan Premyer Liqasının XXXV turunun görüşləri keçirilib. 

"Xəzər Lənkəran" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə məğlub olub. Görüşdən sonra keçirilən mətbuat konfransında "gəmiçilər"in müvəqqəti baş məşqçisi Yunis Hüseynov yox, kateqoriyasının vaxtı bitdiyi üçün məşqçi kimi komandada çalışan Elbrus Məmmədov iştirak edib. 

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi Yunis Hüseynovun üzrlü səbəbdən mətbuat konfransına qatılmadığı açıqladı: 

"Yunis Hüseyov azırda ölkə xaricindədi. Bu məsələ ilə bağlı "Xəzər Lənkəran" bizə yazılı müraciət edib ki, komandanı meydana Elbrus Məmmədov çıxaracaq və o, mətbuat konfransında iştirak edəcək". 

Əsasnaməyə uyğun olaraq, baş məşqçi tutarlı səbəb olmadan matçdan sonrakı mətbuat konfransında iştirak etməyə bilməz. Çempionatın XXXIII turunda Yunis Hüseynov "Xəzər Lənkəran"ı "Qarabağ"la oyuna (1:1) çıxarsa da, görüşdən sonra mətbuat konfransında Elbrus Məmmədov iştirak etmişdi. Bu isə klubun İntizam Komitəsi tərəfindən 1000 manat cərimə olunmuşdu.


oxunma sayı: 250 | Paylaş:




?>