')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov: "... keyfiyyətli oyunçu tapmağa çətinlik çəkdik" 

Qurban Qurbanov: "... keyfiyyətli oyunçu tapmağa çətinlik çəkdik" 


oxunma sayı: 388 Paylaş:

FutbolPress"Ardıcıl ikinci dəfə bu kollektiv, rəhbərlik və azarkeşlərlə çempionluq yaşadığım üçün şadam. Lakin çempionluğu bayram etmək üçün vaxt azdı. Qarşıda bizi kubokun finalı gözləyir". 

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXV turunda "İnter"lə matçdan sonra jurnalistlərə açıqlamasında dedi. 

Komandası ilə birgə kubok və qızıl medallara qovuşan təcrübəli mütəxəssis artıq indidən "qızıl dubl" haqda fikirləşməyə başladıqlarını bildirdi: 

"Artıq bu gün çempionat bizimçün bitdi. Ola bilsin boşluğu doldurmaq üçün yoxlama oyunu keçirdik. Həm də indidən kubokun finalı haqda düşünməyə başlamışıq. İstəyirik ki, "qızıl dubl" edək". 

Çalışdırıcı "İnter"in iki üzvü - Coşqun Diniyev və Elvin Məmmədovun növbəti mövsümdən "Qarabağ"da oynamasında da danışıdı:

"Bu futbolçuları diqqətlə izləyirdik. Mövsümün gedişində heyətlə bağlı problemlərimiz oldu. Bəzi matçlarda keyfiyyətli oyunçu tapmağa çətinlik çəkdik. Bu səbəbdən mövsüm başa çatmamış heyəti gücləndirməyə qərar verdik. Düşünürəm ki, hər iki oyunçu bizimçün faydalı olacaq. Ola bilər ki, komandaya başqa oyunçular da cəlb elədik".


oxunma sayı: 388 | Paylaş:





?>